10 mart Azərbaycanda Milli Teatr günüdür. 1873-cü ilin məhz bu günündə Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyulub. 2013-cü ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 10 mart tarixi “Milli Teatr Günü”nü kimi təsis edilib. 10 mart Azərbaycanda Milli Teatr günüdür. 1873-cü ilin məhz bu günündə Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyulub. 2013-cü ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 10 mart tarixi “Milli Teatr Günü”nü kimi təsis edilib.

Milli Teatr Günündə səsi batan aktyor: “Nə bayram, indi öz hayımdayam”

10 mart Azərbaycanda Milli Teatr günüdür. 1873-cü ilin məhz bu günündə Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyulub. 2013-cü ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 10 mart tarixi “Milli Teatr Günü”nü kimi təsis edilib.

AzNews.az Milli Teatr Günü ilə bağlı Azərbaycan teatr sənətinin tanınmış aktyorları arasında keçirdiyi sorğunu tədim edir.

Xalq artisti, Rus-dram Teatrının aktyoru Fuad Poladov: “Teatr günü ilə əlaqədar hamını təbrik edirəm. Amma indi daha çox öz hayımdayam. Çünkü səsim batıb, həkimlər danışmağa icazə vermir. Xəstəyəm, hazırda müalicə olunuram. Görək, nə olur?!”

Bakı Bələdiyyə Teatrının direktoru, Xalq artisti Amaliya Pənahova: “Bu gün bizim gündür, çünki ömrümüzü bu sənətə həsr eləmişik. Biz Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Azərbaycan Milli Teatr Günü bayramı təsis olunub. Bu da bizə ümid verib, ruhlandırır. Yəni, həyatımız boş keçmir. Həmkarlarımızı təbrik edirəm. Bizim hər sahədə olduğu kimi teatrda da istedadlı gənclərimiz var. Onlar bizim sabahımızdır. Bu il Bakı Bələdiyyə Teatrının 25 illik yubileyidir. Rəhbərlik etdiyim teatrda çox istedadlı gənclər işləyir. Neçə-neçə beynəlxalq teatr festivallarında iştirak edib, oradan uğurla qayıtmışıq. Hazırda teatrın aktyorları yeni tamaşalarda və filmlərdə rol alır. Bu baxımdan gənclər bizə Azərbaycan teatrının sabahı olmasına ümid verir.”

Xalq artisti, Musiqili Teatrın aktyoru Afaq Bəşirqızı: “Milli Teatr Günü ilə əlaqədar bütün həmkarlarımı təbrik edirəm. Arzu edirəm onların belə bayramları çox olsun. Həyatda olmayan aktyorlara rəhmət diləyirəm. Azərbaycan teatr sənəti üçün böyük əmək sərf edən incəsənət xadimlərimizə can sağlığı arzulayıram. Ümidvaram ki, Azərbaycan teatrı əvvəlki halına, səviyyəsinə qayıdacaq. Ən əsası teatr etibarlı əllərdə olacaq.”

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlı: “Mən bütün teatr həmkarlarımı təbrik edirəm. Teatrda işləyən adi fəhlə də fədaidir. Az maşa 24 saat ərzində dekorasiyanı qurub sonra da sökürlər, musiqi verir, paltar tikirlər. Əvvəlki teatr səviyyəsi deyəndə biz dünəni nəzərdə tuturuqsa, artıq gecdir. Dünən geridə qalıb. Teatrın dünya səviyyəsi bizdən çox uzaqlardadır. Teatr kollektiv və canlı sənətdir. Teatrda incəsənətin nə növü varsa, istifadə olunmalıdır. Biz isə adicə texniki elementlərdən belə istifadə edə bilmirik. Bu gün Olimpiya oyunlarında istifadə olunan texnika teatra gətirilməlidir. Çox təəssüf…Mən teatra sabahkı səviyyəni arzulayıram. Teatra yanan bir nəfər tapılsın ki, heç olmasa bir teatrımızda müasirlik olsun. Hamımız da onu dünyaya çıxardaq.”

Elçinin “Qatil” əsərinin qəhrəmanı, Akademik Milli Dram Teatrından kənarlaşdırılan aktyor Hikmət Rəhimov: “Mən daha teatrda işləmirəm. Milli Teatr Gününün nə heç bir aidiyyatı yoxdur. Qoy, bu barədə teatrda işləyənlər danışsın”.

Bahar RÜSTƏMLİ

AzNews.az