18:08
(077) 610-22-33

Vaşinqtonda Novruz şənliyi keçirilib

  • >
2 678 18 Mart 11:21 | Mədəniyyət

Martın 17-də Vaşinqtonda Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə "Mayflower" otelində Novruz Bayramı münasibətilə tədbir keçirilib.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə Vaşinqton və ətraf ərazilərdə yaşayan soydaşlarımız, diplomatik korpus və yerli ictimaiyyət nümayəndələri də daxil olmaqla 300 nəfərdən çox şəxs iştirak edib.

Bayram tədbirində çıxış edən səfir Elin Süleymanov iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib. Novruzun xalqımızın ən əziz bayramlarından olduğunu deyən səfir bu bayramın təbiətin dirçəlməsi ilə bağlı olduğunu bildirib.

Müstəqillik illərində ölkəmizin keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verən diplomat Azərbaycan xalqının 1991-ci ildə müstəqilliyini bərpa etdiyini vurğulayıb. Səfir ümummilli lider Heydər Əliyevin strategiyası və dövlətimizin başçısı İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində Azərbaycanın dünyada öz layiqli yerini tutduğunu və beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrildiyini bildirib.

Sonra tədbir şənlik proqramı ilə davam etdirilib. Canlı musiqi sədaları altında qonaqlara milli yeməklər və Novruz şirniyyatları təqdim edilib.

Bağla X