Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əli Nur Xalq artisti, Muğam müsabiqəsinin münsiflər heyətinin üzvü Əlibaba Məmmədovu ağır ittiham edib. Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əli Nur Xalq artisti, Muğam müsabiqəsinin münsiflər heyətinin üzvü Əlibaba Məmmədovu ağır ittiham edib.

Aktyordan Xalq artistinə ağır ittiham: “Müsabiqə iştirakçılarının ballarını qəsdən kəsir…”

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əli Nur Xalq artisti, Muğam müsabiqəsinin münsiflər heyətinin üzvü Əlibaba Məmmədovu ağır ittiham edib.

AzNews.az xəbər verir ki, aktyor tamaşaçıların və münsiflər heyətinin yüksək bal verdiyi müsabiqə iştirakçılarının ballarının Əlibaba Məmmədov tərəfindən qəsdən kəsildiyini vurğulayıb:

“Muğam müsabiqəsində zildə səsi olmayan Əlibaba Məmmədov həmişəki kimi zil səsli gəncləri qısqanır. Bu paxıllıqdır. Sizin yaşa bu ayıbdır. Səsin enerjisi səhnə üçün vacibdir. Əlibaba müəllim dəfələrlə tamaşaçıların və münsüflər heyətinin yüksək bal verdikləri müğənninin ballarını qəsdən, arqumentsiz kəsib. Səbəbi? Niyə görə?”

Xalq artisti Əlibaba Məmmədov isə AzNews.az-a açıqlamasında məsələ ilə bağlı danışmaq istəmədiyini bildirdi:

“Mən heç nə bilmirəm, Danışmayacam.”

Bahar RÜSTƏMLİ

AzNews.az