Flora Kərimova, Gülyanaq və Gülyaz Məmmədova bacıları, Lalə Məmmədova və Səbinə Babayeva “İbadlar diyarı” adlı mahnı ifa ediblər Flora Kərimova, Gülyanaq və Gülyaz Məmmədova bacıları, Lalə Məmmədova və Səbinə Babayeva “İbadlar diyarı” adlı mahnı ifa ediblər

5 qadın müğənni milli qəhrəmanı vəsf etdi

Flora Kərimova, Gülyanaq və Gülyaz Məmmədova bacıları, Lalə Məmmədova və Səbinə Babayeva “İbadlar diyarı” adlı mahnı ifa ediblər





Azərbaycanın sevilən qadın müğənniləri vətənpərvərlik mahnı ifa etməklə bir araya gəliblər. AzNews.az-ın məlumatına görə, xalq artisti Flora Kərimova, əməkdar artistlər Gülyanaq və Gülyaz Məmmədova bacıları, Lalə Məmmədova və Səbinə Babayeva Azərbaycanın milli qəhrəmanı İbad Hüseynov haqqında "İbadlar diyarı" adlı mahnı ifa ediblər.
Musiqisi İmruzə Hüseynovaya, sözləri Gülşən Behbuda aid mahnının bu yaxınlarda klip çəkilişləri planlaşdırılır.
Qeyd edək ki, mahnıda bəhs olunan qəhrəmanımız İbad Hüseynovun başına məşhur erməni terrorçusu Monte Melkoyanı öldürdüyünə görə ermənilər tərəfindən 12 milyon dollar pul qoyulub. Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində mahnıya çəkilən videonun təqdimatı gözlənilir.

Fuad Mədətov
AzNews.az