“Gecə-gündüz zəhləmi tökürdülər ki, “sən burada namaz qılma, imtina elə, Allahdan”” “Gecə-gündüz zəhləmi tökürdülər ki, “sən burada namaz qılma, imtina elə, Allahdan””

Akademik Milli Dram Teatrında namaz qadağası

“Gecə-gündüz zəhləmi tökürdülər ki, “sən burada namaz qılma, imtina elə, Allahdan””




Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovla mərhum sənətkarımız Səməndər Rzayevin oğlu, aktyor Rəşid Səməndərin arasında baş verən qalmaqal son həddə çatıb. Aktyor günahsız yerə teatrdan çıxarıldığını iddia etsə də qarşı tərəf "O, iki dəfə psixi xəstəxanada müalicə olunub. Aktyorlar üçün onun hərəkətləri təhlükəlidir" deyir.

Aktyor Rəşid Səməndər AzNews.az-a bununla bağlı verdiyi açıqlamasında onun dəlixanaya salınmasında Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovla Nazirlər Kabinetinin aqrar şöbənin işçisi Çingiz Əliyevin əlbir olduğunu bildirdi:

"İsrafil müəllim zad deyil, o, başı "kraskalı" qul-qaravaşdı. Onu teatrı xaraba qoymaq üçün orada otuzdurublar. Onun iplərini qıraqdan dartanlar var. O, nə qanır teatr nədir? İsrafil çinovnikdi. Necə olur teatrdakılar məndən ehtiyat edir, amma bir belə millət mənimlə küçədə, cayxanada, bilvarda oturub söhbət edir. Dəliyəmsə, vəhşiyəmsə qoy hamı ehtiyat etsin. Niyə onları söymürəm? Bu necə olur? O yerdə ki, sənət, şöhrət və ən nəhayət, düdük İsrafil var, orada məndən qorxurlar. Çünki onlara nə Rəşid, nə də Rəşidin ağılı sərf eləmir. Boş-boş bəhanələrdir. İsrafil mənim atılmış dırnağım deyil. Nurəddin Mehdixanlı, Ramiz Novruz bilmir ki, sənət, sənətkarlıq nədir?"

Həmsöhbətimiz teatr rəhbərliyinin ünvanına daha bir ciddi ittiham irəli sürüb: "Namaz qılırdım. Gecə-gündüz zəhləmi tökürdülər ki, "sən burada namaz qılma, imtina elə, Allahdan". Dedim ki, "ölərəm, amma dönmərəm". Dedi ki, onda səni dəlixanaya aparacağıq. Mənim bir qohumun var Cingiz Əliyev, Nazirlər kabinetində aqrar şöbədə işləyir. İsrafil onunla birləşib bu addımı atdı. Başıma gətirmədiyi oyunlar qalmadı"

Bahar Rüstəmli
AzNews.az