07:59
(077) 610-22-33

Rejissordan Əkrəm Əylislinin əsəriylə bağlı açıqlama

  • >
403 4 Fevral 2013 13:23 | Mədəniyyət

“Bu yalanı kim yayıb? Nə təqdimat?”



Əkrəm Əylislinin "Daş yuxular" romanı ətradındakı qalmaqal səngiməmiş indi də onun "Yazığam, sevmə məni" əsəriylə bağlı mövzu gündəmə gətirilib. Reyissor, aktyor Nicat Kazımovun quruluş verdiyi bu tamaşanın Akademik Milli Dram Teatrında təqdimatı ləğv edilib.

N.Kazımov AzNews.az-a açıqlamasında "Yazığam, sevmə məni" əsərinin təxirə salınmasının yazıçı ətrafında baş verən son olaylarla heç bir əlaqəsinin olmadığını dedi: "Bu yalanı kim yayıb? Nə təqdimat, nə zad? Bu əsər nə vaxt səhnəyə qoyuldu? Məşqlər harada aparıldı? Necə olur bütün bunlardan rejissorun xəbəri yoxdur.

Əkrəm Əylislinin bu əsərini səhnələşdirmək mənim planımda olub. Amma elə oldu ki, plan dayişdi, yəni başqa bir əsər götürdük. Bunun Əkrəm Əylisli olayı ilə heç bir əlaqəsi yoxdur. Amma mən Əkrəm Əylislinin "Yazığam, sevmə məni" əsərini nə vaxtsa hazırlayacam".

Qeyd edək ki, Ə.Əylislinin "Yazığam, sevmə məni" əsəri 25 il bundan əvvəl reyissor Ağakişi Kazımovun quruluşunda səhnə həyatı yaşayıb.

Bahar Rüstəmli
AzNews.az

Bağla X