“O səs türkiyə” yarışmasının iştirakçısı Gülşən İbadova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Akif Məlikovu məhkəməyə verib. “O səs türkiyə” yarışmasının iştirakçısı Gülşən İbadova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Akif Məlikovu məhkəməyə verib.

“O səs Türkiyə”nin iştirakçısı direktoru məhkəməyə verdi- 270 min manat təzminat tələb edir

“O səs türkiyə” yarışmasının iştirakçısı Gülşən İbadova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Akif Məlikovu məhkəməyə verib.

Bu barədə AzNews.az-a sənətçinin özü məlumat verib. Onun sözlərinə görə, buna səbəb teatrın əməkdaşlarının sosial şəbəkədə onun ləyaqətini alçatması və təhdid etməsidır:

“O səs Türkiyə” yarışmasından sonra məndən müsahibə alıblar. Orada mənə Opera və Balet Teatrından uzaqlaşmağımla bağlı sual verdilər. Müsahibədə mənə qarşı olan haqsızlığı səsləndirdim. Həmin müsahibədən sonra teatr yalançı bəyanatla çıxış etdi. Onu oxuyan Xalq artisti Xuraman Qasımova mənim müdafiəmə qalxdı. Mən Xuraman xanımın mətbuata verdiyi açıqlamasını sosial şəbəkədə paylaşdım. Teatrın əməkdaşlarından Xalq artisti Samir Cəfərov, Əməkdar artist İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Afaq Abbasova, Tural Ağayev, Nərminə Nağıyeva, Asya İsmayılova və Ləmar Tağızadə həmin yazının altından məni təhqir edən ifadələr yazaraq, ləyaqətimi alçaldan sözlər işlətmişdilər. Bu azmış kimi zəng edib mənimlə yanaşı nişanlımı da təhdid edirdilər. Bundan sonra biz polisə müraciət etdik. Onların bir məqsədi var, mənim nüfuzuma xələl gətirmək.

Polisin işi araşdırmadığını iddia edən Gülşən İbadova məcbur olub Nəsimi Rayon Məhkəməsinə müraciət edib:

Hazırda iş məhkəmədədir. Mən onların cəzalandırılmasını tələb edirəm. Hər bir insanın ləyaqəti var. Onu tanımaya-tanımaya nüfuzdan salmaq üçün can atan insanlar cəzalandırılmalıdır. Neyləmişəm ki? Sadəcə olaraq haqsızlığı dilə gətirmişəm.

Gülşən İbadovan haqqında yayımlanan məlumatların təkzib edilməsi, təhqiredici ifadələrə görə üzr istəmələrini və onu təhqir edən şəxslərin hər birindən 30 min manat (ümumilkdə 270 min manat) məbləğində təzminat tələb edir.

Bahar RÜSTƏMLİ

AzNews.az