Zakir Sadatlının son şeiri












"Göz yaşlarım quruyan gün
Niyə qurumadın, kəndim?!"

Nooldu... döndü vələdin,
And içdin düzə, yalana...
Bir quzun itdi...mələdin,
"İtkinim!" - deyib balana-
Niyə aramadın, kəndim?!

Dərd telimi darayan gün
"Ana!" deyib zarıyan gün
Ağlamaqdan səsim batıb,
Göz yaşlarım quruyan gün
Niyə qurumadın, kəndim?!

Bici, axmağı qorudun,
Evi, daxmanı qorudun
Mərci, paxlanı qorudun
Məni qorumadın, kəndim...

Day qoyma ağıl başıma
Day səpmə noğul başıma...
Kül mənim oğul başıma,
Məndən yarımadın, kəndim!..