10:04
(077) 610-22-33

“Rəşid Səməndər aktrisalardan birinə ağzından çıxanı deyib”

  • >
728 5 Fevral 2013 12:06 | Mədəniyyət

Ramiz Novruz aktyorun teatrdan uzaqlaşdırılmasının səbəblərini açıqladı




Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov ilə aktyor Rəşid Səməndərin arasında gedən qalmaqal böyüyür. İşdən qovulan aktyor bu məsələdə xalq artisti Nurəddin Mehdixanlı ilə Ramiz Novruzu ittihamlayır: "Ramiz Novruz, Nurəddin Mehdixanlı bilmir ki, sənət, sənətkarlıq nədir?"

Xalq artisti Ramiz Novruz AzNews.az-a açıqlamasında Rəşid Səməndəri qoruya bilməməsi üçün özünü bağışlamayacağını deyir: "Rəşid Səməndər məşqlərin birində teatrın aktrisalarından biri ilə böyük dava salıb. Əsəbiləşib, aktrisaya ağzından çıxanı deyib. Küçə söyüşləri söyüb. Teatrda da bundan qorxdular. Dedilər ki, birdən onun əlindən xəta çıxar, nəsə edər. Onun teatrdan çıxarılması buna görə oldu. O, aktyor kimi çox talantlıdır. Nə Nurəddin Mehdixanlı, nə də mən onun oynadığı rolları oynayası deyilik, aramızda yaş fərqi var. O, mənə teatrın Fəzrullah Nəimisi deyirdi. Münasibətimiz də yaxşı idi. Çox təəssüf edirəm ki, mən onu qoruya bilmədim. Bəlkə də həmin vaxt orada olsaydım teatrdan çıxarılmasına mane olardım. Yenə deyirəm, Rəşid çox talantlı aktyordur".

Bahar Rüstəmli
AzNews.az

Bağla X