Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Vəfa Zeynalova suallara cavab verə bilmədiyi videodan danışdı. Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Vəfa Zeynalova suallara cavab verə bilmədiyi videodan danışdı.

Aktrisa suallara cavab verə bilməməsindən danışdı- "Müsahibə verməmişəm"

Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Vəfa Zeynalova suallara cavab verə bilmədiyi videodan danışdı.

Aktrisa AzNews.az-a açıqlamasında bildirib ki, sözü gedən sayta müsahibə verməyib:

“Videonu görməmişəm, münasibət də bildirə bilmərəm. Hamı bilir ki, mən neçə ildir saytlara müsahibə vermirəm. Onlar nə isə yazıb, calayıblarsa mənilik deyil.”

Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Vəfa Zeynalova A24.Az “Cavabım var” layihəsinin qonağı olub. Aktrisa layihənin təqdim etdiyi 10 sualdan heç birinə düzgün cavab verə bilməməsi sosial şəbəkədə müzakirə obyektinə çevrilib.

Bundan əlavə, aktrisa Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan “Məhəmməd Əmin Rəsulzadənin hansı əsərini tanıyırsınız?” sualına aktrisanın “yazmayıb” cavabı ictimai qınağa səbəb olub.

Bahar RÜSTƏMLİ

AzNews.az