16:30
(077) 610-22-33

Aktyorlar arasında qalmaqal - “Teatr sizin kimi sırtıqları qəbul eləmir”

  • >
24 500 6 May 2017 17:58 | Mədəniyyət

Aktyor Hikmət Rəhimov bir müddət bundan öncə qovulduğu Akademik Milli Dram Teatrının kollektivini təhqir edib.

AzNews.az xəbər verir ki, o, “Xənnas” filminin təqdimat mərasimində çıxış edib və uzun müddət çalışdığı teatrı “taxtabiti yuvası” adlandırıb:

“Bundan əvvəl “taxtabiti yuvası”nda işləmişəm və məni oradan qovublar.”

Akademik Milli Dram Teatrının aktyoru Elçin Əfəndi AzNews.az-a açıqlamasında bildirib ki, Hikmət Rəhimov “taxtabiti yuvası”ndan ailəsinə çörək pulu aparıb:

“Hikmət böyük səhv edib. “Azdrama” ana teatrdır. Burada çox tanınmış sənət adamları işləyir. Hikmət düz deyir, Akademik Milli Dram Teatrı onların dövründə “taxtabiti yuvası” idi. İndi teatr taxtabitilərdən təmizlənib. Teatr sizin kimi sırtıq insanları qəbul eləmir. Hikmət “taxtabiti” adlandırdığı yerdən öz ailəsinə çörək pulu aparıb və ondan özü də yeyib.”

Elçin Əfəndi Hikmət Rəhimovu qınayıb:

“İnsan çörək yediyi yerə tüpürməz. Ayıbdır.”

Hikmət Rəhimov ötən il Akademik Milli Dram Teatrından qovulub.

Bahar RÜSTƏMLİ

AzNews.az

Top xəbərlər
Bağla X