IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Milli Turizm Təbliğat Bürosu Atletlər kəndində, oyunların media mərkəzində və Sabir bağında bir sıra mədəni tədbirlər təşkil edəcək. IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Milli Turizm Təbliğat Bürosu Atletlər kəndində, oyunların media mərkəzində və Sabir bağında bir sıra mədəni tədbirlər təşkil edəcək.

İslamiada vaxtı mədəni tədbirlər keçiriləcək

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Milli Turizm Təbliğat Bürosu Atletlər kəndində, oyunların media mərkəzində və Sabir bağında bir sıra mədəni tədbirlər təşkil edəcək.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Sabir bağında Oyunlarda iştirak edən bir sıra ölkələrin mədəniyyət günləri keçiriləcək. Mayın 13-də saat 10:00-dan İran mədəniyyət günləri çərçivəsində bu ölkənin muzey eksponatları, sənətkarlarının əl işləri, milli mətbəxi ilə tanış olmaq olar. Saat 19.00-da İran ifaçılarının konserti keçiriləcək. Tədbirdə İranın Azərbaycandakı səfirinin, digər rəsmi şəxslərin, habelə idmançıların iştirak edəcəyi gözlənilir.

İslamiada çərçivəsində Sabir bağında həmçinin İndoneziya, Malayziya, Misir, Türkiyə və digər ölkələrin də mədəniyyət günləri keçiriləcək. Hər gün tanınmış azərbaycanlı ifaçıların iştirakı ilə konsert proqramı təqdim olunacaq.