“Hər hansı bir toplantının keçiriləcəyi ilə bağlı açıqlama verməmişəm” “Hər hansı bir toplantının keçiriləcəyi ilə bağlı açıqlama verməmişəm”

AYB-dan daha bir Əkrəm Əylisli açıqlaması

“Hər hansı bir toplantının keçiriləcəyi ilə bağlı açıqlama verməmişəm”





"Mən Yazıçılar Birliyinin Əkrəm Əylisli ilə bağlı hər hansı bir toplantısının keçiriləcəyi ilə bağlı hər hansı bir açıqlama verməmişəm. Demişəm ki, sabah bizdə Xalid Əmirlinin yubileyidir. Bununla bağlı toplantı keçiriləcək. Görünür, jurnalistlərə Xalid deyil, Əkrəm Əylisli maraqlıdır".

Bunu AzNews.az-a Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu dedi. Onun sözlərinə görə, Ə.Əylisli Yazıçılar Birliyinin üzvü deyil:

"1995-ci ildən bu adam Yazıçılar Birliyinə gəlib-getmir, üstəlik də üzvilik haqqı da vermir. Nizamnaməyə görə, bu mexaniki üzvlükdən çıxır. Belə bir halda biz onu necə müzakirə edə bilərik? Sonra da demişəm ki, əgər prezidentin sərəncamı ilə bağlı Yazıçılar Birliyinin hər hansı bir qərarı olarsa, biz onu bəyanat kimi yayacağıq. Bir "xalq yazıçısı" və prezident təqaüdü idi, o da prezidentin sərəncamındadır. Onu özü verdi, özü də geri aldı. Ona Yazıçılar Birliyi nə edə bilər?"

Bahar Rüstəmli
AzNews.az