19:49
(077) 610-22-33

Bakıda Misir və Türkiyənin mədəniyyət günləri keçiriləcək

  • >
1 898 18 May 21:21 | Mədəniyyət

Mayın 19-da, Sabir bağında IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Milli Turizm Təbliğat Bürosu Misirin Azərbaycandakı səfirliyi ilə birgə bu ölkənin Mədəniyyət gününü keçirəcək.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, sərgi saat 14.00-da başlayacaq. 19.00-dan etibarən isə konsert proqramı təqdim olunacaq.

Mayın 20-21 tarixlərində Sabir bağında Türkiyənin Mədəniyyət günləri keçiriləcək. Tədbirdə Türkiyənin əsasən İstanbul və Bursadan olan 100-ə qədər rəqqası və ifaçısı iştirak edəcək.

Hər iki tədbirdə rəsmi şəxslərin və idmançıların iştirakı nəzərdə tutulur.

Bağla X