08:55
(077) 610-22-33

61 yaşlı Xalq artisti: “Həyat yoldaşım məni təbrik edən gözəl xanımları görəndə....”

  • >
28 214 25 May 2017 13:17 | Mədəniyyət

Bu gün Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Dövlət Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruzun ad günüdür.

61 yaşlı aktyor AzNews.az-a açıqlamasında bildirib ki, doğum günü ərəfəsində ailəsinə sevinc bəxş olunub:

“Ailə üzvlərimizin sırası genişlənib. Nəticəm dünyaya gəlib. Mənə sual verirlər ki, özünü baba kimi necə hiss edirsən? Cavab verdim ki, hələ özümü heç ata kimi hiss etmirəm, o ki qaldı baba. Nəticəm doğulandan özümdə bir dəyişiklik hiss etməmişəm. Zəhmətkeş ata kimi həmin enerji və hisslə həyatıma davam edirəm. Əsas insanın ruhudur. Gərək ruhun cavan olsun. Ruhun da cavan olması dostlardan, ətrafdakılarından asılıdır. Çünki əhatən nə qədər cavan olsa, sən də bir o qədər cavan qalarsan. Yaşlaşmaq olar ey, əsas odur ki köhnəlmiyəsən. Mən 25 yaşında elə gənclər tanıyıram ki, köhnəliblər, daxilləri qocadır.”

Ramiz Novruzu sözlərinə görə, ad günü yuvarlaq rəqəm olmadığından onu ailə içərisində qeyd etməyə qərar veriblər:

“Nəticəmin yanında oturacayıq. Nəticə ruhu qəribədir. Əslində istəmirəm ki, qəşəng xanımlar bilsin ki, mənim nəticəm var. O mənə sərf etmir. Mənə ulu baba kimi baxanda utanıram. Əvvəllər 60 yaşında adam görəndə düşünürdüm ki, bu Dədə Qorqud yaşındadır. Amma mən özümü uşaq kimi hiss edirəm.”

Aktyor belə cavan ruhlu qalmasına görə, həyat yoldaşına təşəkkür etdi:

“Nə yaxşı var və yanımdadır. Həyat yoldaşım həm də mənim dostumdur. Son vaxtlar o da özünə daha çox baxmağa başlayıb. Bunun da səbəbi var. Görəndə ki, məni təbrik edən qəşəng xanımlar çoxdur, o da özünə əl gəzdirir.”

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X