Ağır xəstəlikdən əziyyət çəkən, Xalq artisti Könül Xasıyevaya payıza qədər vaxt qoyulub. Ağır xəstəlikdən əziyyət çəkən, Xalq artisti Könül Xasıyevaya payıza qədər vaxt qoyulub.

Könül Xasıyevaya payıza kimi vaxt verilib: ”Mən üzülmürəmsə, siz də üzülməyin”

Ağır xəstəlikdən əziyyət çəkən, Xalq artisti Könül Xasıyevaya payıza qədər vaxt qoyulub.

AzNews.az xəbər verir ki, bu barədə önun özü “Xəzər” televiziyasındakı çıxışında məlumat verib:

"Həkimlərin mənə deyir ki, səni payıza kimi ayağa qaldıracayıq. Səni səhnələrə, efirlərə təhvil verəcəyik. Mən də inanıram. Saçım uzanır, dişlərimi də düzətdirəcəm. Xəstəik insan üçündür, mən üzülmürəmsə, siz də üzülməyin.”

Sənətkar oğlu Kazımın səhhətində yaranmış problemdən başlayıb:

“Müayinələr olunur, nəticələri mənə demirlər. Yəqin stresslə bağlı həyacana düşərəm deyə demirlər. Kazımın 3 yaşından sonra ciddi problemləri oldu. 6 il çox həkimlərə apardım, uşağa səhv müalicələr getdi. Adlarını çəkmək istəmirəm. 9 yaşında uşağın çəkisinin 37 kiloqram olacağı halda 56 kiloqram idi. Bundan başqa, bir hadisə, ətrafımı, döğmalarımı, özümü çökdürən önəmli, ciddi olay oldu.”

Bahar RÜSTƏMLİ

AzNews.az