İyunun 14-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim olunması mərasimi keçirilib. İyunun 14-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

Mədəniyyət işçilərinə fəxri adlar və mükafatlar təqdim edildi - Foto

İyunun 14-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Əbülfəs Qarayev Afaq Vəliyevaya (Afaq Məsud) “Şöhrət” ordenini, həmçinin Aqşin Abdullayev, Zakir Ağayev, Makar Ferştandt, Anar Heybətov, Fuad İbrahimov, Əyyub Quliyev, İlham Nəzərov və Nazir Rüstəmova “Əməkdar Artist”, Rəşad Əhmədzadə və İslam Həsənova “Əməkdar Mədəniyyət İşçisi” fəxri adlarının nişan və vəsiqələrini təqdim edib. Həmçinin Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilmiş bir qrup şəxsə mükafatlar təqdim olunub.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı, dramaturq Afaq Məsud və dirijor Əyyub Quliyev çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Mərasimin sonunda nazir Əbülfəs Qarayev mədəniyyət və incəsənət xadimlərinə ölkəmizin, mədəniyyətimizin tərəqqisi və təbliğində yeni uğurlar arzulayıb.

image description image description image description