Varisin yeni kitabı işıq üzü görüb. AzNews.az-ın məlumatına görə, fevralın 16-sı, saat 16-00-da Park bulvar AMM-də Varisin 6-cı - "Yol ayrıcında azıb qalanlar" kitabının imza günü keçiriləcək. Varisin yeni kitabı işıq üzü görüb. AzNews.az-ın məlumatına görə, fevralın 16-sı, saat 16-00-da Park bulvar AMM-də Varisin 6-cı - "Yol ayrıcında azıb qalanlar" kitabının imza günü keçiriləcək.

“Yol ayrıcında azıb qalanlar“ın imza günü keçiriləcək

Varisin yeni kitabı işıq üzü görüb. AzNews.az-ın məlumatına görə, fevralın 16-sı, saat 16-00-da Park bulvar AMM-də Varisin 6-cı - "Yol ayrıcında azıb qalanlar" kitabının imza günü keçiriləcək.



4 il ərzində 5 dəfə təkrar nəşr olunmağa macal tapmış "Sonuncu ölən ümidlərdir" bestselleri ilə geniş oxucu kütləsinin rəğbətini qazanmış, Bakı Kitab Klubunun "Ölkədə ən çox kitabları satılan azərbaycanlı yazıçı" elan etdiyi, Azərbaycan hökumətinin "Qızıl kəlmə" ali ədəbiyyat mükafatına layiq görülmüş yazıçının yeni kitabının da tirajı 10 min nüsxə olacaq.

Roman olduqca dramatik süjet xəttinə malikdir. Belə ki, eyni parta arxasında oturmuş, bir-birinə ülvi hisslər bəsləmiş iki məktəblinin 30 ildən sonrakı görüşündə bir çox suallara aydınlıq gətirilir, iki nəfəskəsici ailə dramı çarpazlaşır, qaranlıq qalan bütün gizlinlər üzə çıxır.

AzNews.az