Bu gün Əməkdar artist, sevilən xanəndə Elnarə Abdullayevanın ad günüdür. Bu gün Əməkdar artist, sevilən xanəndə Elnarə Abdullayevanın ad günüdür.

“Allah mənə ağıl versin”- Elnarə Abdullayeva

Bu gün Əməkdar artist, sevilən xanəndə Elnarə Abdullayevanın ad günüdür.

44 yaşlı sənətkar AzNews.az-a açıqlamasında təmtəraqlı şəkildə ad günü keçirməyin tərafdarı olmadığını bildirib:

“Mənim üçün sıradan bir gündür. Hazırda rayona gedirik. Bu günə şükür, hər şey gözəldir. Yaşayırıq, nəfəs alırıq. İki həftədir ki, ad günümlə əlaqədar təbriklər alıram. Yəqin ki, təbrik zəngləri hələ bir iki həftə da davam edəcək. Tamaşaçılarım çoxdur, Allah onları qorusun, məhəbbətini məndən əskik eləməsin, mənə də ağıl, iman versin ki, bu camaatın, xalqın qədrini bilim. Xalqı mənim başımın üstündən əskik eləməsin.”

Elnarə Abdullayeva ad günündə hədiyyə almağı sevmədiyini vurğulayb: “Ömür boyu hədiyyə almamışam, xoşlamıram. Mənim üçün bir hədiyyə var-xalqın sevgisi və məhəbbəti. Bundan böyük sərvət ola bilməz.”

Bahar RÜSTƏMLİ

AzNews.a