67 yaşlı Xalq artisti Qəndab Quliyevanın səhhəti ağırdır. 67 yaşlı Xalq artisti Qəndab Quliyevanın səhhəti ağırdır.

Xəstəxanaya yerləşdirilən Xalq artistinin həyat yoldaşı: “Həkimlər deyir ki…”

67 yaşlı Xalq artisti Qəndab Quliyevanın səhhəti ağırdır.

Bu barədə AzNews.az-a onun həyat yoldaşı məlumat verib. Onun sözlərinə görə, Qəndab Quliyeva insult keçirib:

“Vəziyyəti ağırdır, hazırda reanimasiyadadır. Müayinə zamanı başqa xəstəlikləri də aşkar olunub. Həkimlər deyir ki, stresdən çıxmaq üçün iki gün yatmalıdır. İndi hər şey Allaha bağlıdır.”

İyunun 16-da Xalq artisti Qəndab Quliyevanın səhhəti ağırlaşıb. O, Respublika Diaqnostika Mərkəzinə yerləşdirilib.

Bahar RÜSTƏMLİ

AzNews.az