11:51
(077) 610-22-33

Muğam müsabiqəsində seçim necə aparılacaq?

  • >
330 12 Fevral 2013 13:32 | Mədəniyyət

"III-cü respublika muğam müsabiqəsinin iki məqsədi var. Birincisi, bu sahədə istedadlı uşaqları seçib üzə çıxacaq, ikincisi həmin iştirakçılara beynəlxalq müsabiqədə Azərbaycanı təmsil etmək hüququ veriləcək".

Bunu AzNews.az-a açıqlamasında xalq artisti Mənsum İbrahimov dedi. Onun fikirincə, sözügedən müsabiqədə 3 iştirakçı seçiləcək: "Bu müsabiqənin şərtləri bir az dəyişdi. Birinci mərhələdə beynəlxalq təcrübədən istifadə etmişik. İştirakçılar öz ifalarını DVD şəkilində müsabiqəyə təqdim edib. Biz onlara qulaq asmaqla seçim etmişik. Həmin müsabiqədə 3 nəfər iştirakçı seçiləcək. Həmin iştirakçılar birbaşa beynəlxlaq müsabiqədə Azərbaycanı təmsil etmək hüququ qazanacaq. Bu həm də tar və kamança musiqi alətinin müsabiqəsidir".

Qeyd edək ki, müsabiqənin münsüflər heyətinin sədri professor Siyavuş Kərimidir. Münsüflər heyətinin üzvüləri arasında xalq artisti Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Zabit Nəbizadə, Aygün Bayramova və Mənsum İbrahimov yer alıb.

Bahar Rüstəmli
AzNews.az

Bağla X