İyunun 27-də Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı başlayıb. İyunun 27-də Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı başlayıb.

Şəkidə Beynəlxalq Musiqi Festivalı başladı - Foto

İyunun 27-də Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Türkiyə, Yaponiya, Polşa, Macarıstan, İran və Gürcüstandan gəlmiş rəqs və musiqi qrupları, ifaçılar, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak ediblər.

Tədbirin bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə çıxış edərək musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən və artıq səkkizinci dəfədir keçirilən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını bildirib.

Rəsmi hissədən sonra musiqisevərlərə festivalın ilk konserti - Əməkdar İncəsənət Xadimi, bəstəkar Aygün Səmədzadənin müəllif gecəsi təqdim olunub.

Gecədə solistlər – Xalq Artisti Ənvər Sadıqov (qarmon), Əməkdar artistlər İlqar Muradov, Elnur Əhmədov (kamança), Aygün Bəylər, Nurlan Növrəsli, müğənnilər Leyla İdrisova, Vüsal Hacıyev və başqaları bəstəkarın əsərlərini səsləndiriblər. Onları Xalq Artisti Teymur Göyçayevin bədii rəhbərliyi və dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib.

image description image description