Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq

Bakıda beynəlxalq tədbir keçiriləcək

Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq



Bununla bağlı Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, iclasda çıxış edən Ə.Qarayev qeyd edib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hər iki ildə bir dəfə Azərbaycanda keçiriləcək. Forumun əhəmiyyətini vurğulayan Nazir bu forumun YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESKO, Avropa Şurasının birgə tərəfdaşlığı ilə təşkil edilən yeganə platforma olduğunu bildırib. Forumda 800-1000 nəfər xarici qonağın iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, mayın 29-dan iyunun 1-nə kimi davam edəcək forum çərçivəsində ilk dəfə Mədəniyyət və Turizm nazirlərinin iştirakı ilə Şərq-Qərb Nazirlər Konfransı da keçiriləcək.

Bahar Rüstəmli
AzNews.az