02:28
(077) 610-22-33

Ölkəmizdə gözlənilən beynəlxalq festival baş tutdu - Foto

  • >
1 404 16 İyul 21:23 | Mədəniyyət

İyulun 15-də Xaçmaz rayonunun "Çənlibel" istirahət parkında II Beynəlxalq Dolma Festivalı keçirilib.

AzNews.az Sputnik.az-a istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkil etdiyi bu festivalda 50 yaxın rayonumuzda və bir sıra xarici ölkələrdə bişirilən qeyri-adi 350 növ dolma sərgilənib.

Tədbirə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, onların ailə üzvləri, Milli Məclisin deputatları, dövlət rəsmiləri, ictimai xadimlər və 500-dən çox yerli əhali,200-dən çox başqa rayonlardan gələn qonaqlar qatılıb. Beynəlxalq festivalda İndoneziya, Özbəkistan, Çin, Cənubi Koreya, Türkiyə, Ukrayna, Meksika və başqa ölkələrdən gəlmiş qonaqlar iştirak edib, milli mətbəxlərinin yeməklərini sərgiləyiblər

Azərbaycan Milli Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanov çıxışında qeyd edib ki, nə qədər ermənilər dolmanı özəlləşdirməyə çalışsalar da, buna nail ola bilməyəcəklər: "Bu günkü tədbir də onun bariz sübutudur. Belə tədbirlər gələcək illərdə də təşkil olunacaq".

Daha sonra münsiflər tərəfindən dolmaların dadına baxılaraq, yekun qərar çıxarılıb və mükafatlandırma mərasimi keçirilib. Tədbir konsert proqramı ilə başa çatıb.


Bağla X