- Köhnə - Mədəniyyət
- 14 Fevral 2013 12:06
- 1 935
Məşhur rus yazıçı Bakıda tamaşaçıları güldürməkdən “öldürəcək”
Məşhur rus yazıçı-satirik Mixail Jvanetski 1 Aprel “Gülüş günü” münasibətiylə Heydər Əliyev Sarayında çıxış edəcək
Bu barədə AzNews.az-a sarayın mətbuat katibi Anar Fərəczadə məlumat verib:
"Çoxsaylı digər təkliflərə baxmayaraq, Jvanetski artıq ikinci ildir ki, 1 Aprel "Gülüş günü"nü Bakıda keçirtməyə qərar verib. İki saat davam edəcək yumor gecəsində, satirik yeni və seçilmiş monoloqlarını tamaşaçılara təqdim edəcək".
Qeyd edək ki, konsertin satışa çıxarılan biletlərinin qiyməti 10-50 manat dəyərindədir.
Fuad Mədətov
AzNews.az