Bu gün Türkiyənin Aksaray şəhərində salınan Qarabağ parkının açılışı olacaq. Bu gün Türkiyənin Aksaray şəhərində salınan Qarabağ parkının açılışı olacaq.

Əməkdar artist Türkiyədə açılan Qarabağ parkından danışdı- “Sevincimdən göylərin zirvəsindəyəm”

Bu gün Türkiyənin Aksaray şəhərində salınan Qarabağ parkının açılışı olacaq.

AzNews.az xəbər verir ki, bu barədə Əməkdar artist Aybəniz Haşımova məlumat verib. Onun sözlərinə görə, parkın yerləşdiyi küçəyə Qarabağ adı veriləcək:

“Sevincimdən göylərin zirvəsindəyəm. Allahdan bir istəyim var. Bu xöşbəxtliyi çox yaxın zamanda Qarabağımızın özündə yaşayaq”.

Aybəniz Haşımova qeyd edib ki, parkın açılışı münasibəti ilə böyük konsert proqramının keçirilməsi nəzərdə tutulub:

“Qızım Aynişan, rəhbəri olduğum “Sənət akademiyası”nın tələbəsi Nicat Caniyev və gözəl mügənnimiz İlham Əskəroğlu çıxış edəcək”.

Bahar RÜSTƏMLİ

AzNews.az