01:33
(077) 610-22-33

Bakıda növbəti TED konfrans keçiriləcək

  • >
559 14 Fevral 2013 13:09 | Mədəniyyət




Fevralın 16-da Bakıda sayca 8-ci olan TED (Technology, Entertainment, Design) konfransı keçiriləcək. Bu barədə məlumatı AzNews.az-a konfransın təşkilatşısı "Izmedia group"un rəhbəri İdris Heydərli verib.

TedxBakı adı altında keçirilən konfransda müxtəlif sahələri təmsil edən 10 gənc məruzə edəcək. İ.Heydərlinin sözlərinə görə, məruzəçilər musiqi qrupunun üzvləri, dizayner, şair və hətta siyasi müstəvidə uğur qazanmaq istəyənlər olacaq. Əsasən 25 -30 yaşlı gənclərin iştirak edəcəyi konfrans Beynəlxalq Ticarət Mərkəzində baş tutacaq.

Məlumat üçün bildirək ki, TED - Technology, Entertainment, Design adlı konfrans dünyada artıq 30 ildən artıqdır ki, alimlər, siyasətçilər, sahibkarlar, mədəniyyət xadimləri və onlarla digər ixtisas sahiblərini bir arada birləşdirir.

1984-cü ildə təşkil olunmuş ilk TED konfransında yenicə buraxılmış Macintosh kompüteri, Sony istehsalı olan kompakt-disk təqdim olunub, süni intellekt və s. bu kimi hazırda geniş tətbiq olunan fikirlər üzrə çıxışlar dinlənilib. Sonrakı illərdə TED səhnəsindən ABŞ-ın keçmiş prezidenti Bill Clinton, Nobel mükafatıçısı James Watson, Microsoft`dan Bill Gates, Google`dan Eric Schmidt və Sergei Brin, Wikipedia`dan Jimmy Wales və onlarla digər tanınmış şəxslər çıxış ediblər. Qafqazda isə ilk TED konfrans Azərbaycanda təşkil edilib.

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X