07:57
(077) 610-22-33

Qəbələ festivalında gənc istedadların konserti olub

  • >
1 568 2 Avqust 2017 20:17 | Mədəniyyət

IX Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 2-də təşkil olunan növbəti kamera konserti maraqlı ifalarla yadda qalıb.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, səhnəyə çıxan Azərbaycanın gənc musiqiçiləri - bir sıra beynəlxalq müsabiqələrin laureatı, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilən, Prezident təqaüdçüsü, hazırda İtaliyanın Ozimo şəhərində təhsil alan Məhərrəm Hüseynov (bariton), İtaliyanın Milan şəhərindəki “La Scala” Akademiyasında təhsilini davam etdirən Azər Rzazadə (tenor), “La Scala” Akademiyasının uşaq xorunun üzvü olan 9 yaşlı italiyalı Canluicci Sartori (tenor) və Y.Obraztsova adına Beynəlxalq Musiqi Akademiyasının solisti Elnarə Məmmədova (soprano) S.Raxmaninov, C.Puccini, G.Hendel, A.Məlikov, A.Zeynallı və F.Bədəlbəylinin unudulmaz əsərlərini ifa ediblər.

Musiqiçiləri pianoda beynəlxalq müsabiqələrin qalibi, Bratislava Musiqi və İfaçılıq Sənəti Universitetinin məzunu Müşfiq Quliyev müşayiət edib.

Tamaşaçılara unudulmaz anlar yaşadan konsert alqışlarla qarşılanıb.

Bağla X