Alim Qasımov Avstraliyaya gedəcək

Xalq artisti Alim Qasımov səfərə hazırlaşır. Bunu AzNews.az-a sənətkarın qızı, əməkdar artist Fərqanə Qasımova dedi.

F.Qasımovanın sözlərinə görə, sənətkarın bu dəfəki səfəri Avstraliyayadır. Martın 5-dən 15-nə kimi davam edəcək səfər sözügedən ölkənin Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunub: "Bu səfərə Alim müəllim tək deyil, mənimlə bərabər gedəcək. Bizi orada ansamblımız müşayiət edəcək".

Qasımovalar həm də mart ayında Bakıda keçiriləcək Beynəlxalq Muğam Festivalında iştirak edəcək. Ata-bala festivalda "Bayatı-Şiraz" muğamı ilə çıxış edəcək. Onların ifası Muğam Mərkəzində baş tutacaq.

Bahar Rüstəmli
AzNews.az