Avqustun 17-də Fəxri xiyabanda zəmanəmizin tanınmış müğənnisi, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Müslüm Maqomayevin xatirəsi anılıb. Tədbir sənətkarın anadan olmasının 75-ci ildönümünə həsr olunub. Avqustun 17-də Fəxri xiyabanda zəmanəmizin tanınmış müğənnisi, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Müslüm Maqomayevin xatirəsi anılıb. Tədbir sənətkarın anadan olmasının 75-ci ildönümünə həsr olunub.

Müslüm Maqomayevin xatirəsi anıldı

Avqustun 17-də Fəxri xiyabanda zəmanəmizin tanınmış müğənnisi, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Müslüm Maqomayevin xatirəsi anılıb. Tədbir sənətkarın anadan olmasının 75-ci ildönümünə həsr olunub.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabanda Müslüm Maqomayevin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Dünya şöhrətli müğənninin musiqi sənətinə verdiyi töhfələrdən söz açan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycanın Xalq Artisti, kinorejissor Eldar Quliyev və başqaları

qeyd ediblər ki, onun doğum günü həm Azərbaycan, həm də Rusiya üçün böyük hadisədir.

Vurğulanıb ki, unudulmaz sənətkarın milli musiqi mədəniyyətimizin inkişafı tarixindəki xidmətləri dövlətimiz tərəfindən daima yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycanın ali mükafatları – “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib. Prezident İlham Əliyev bu il iyulun 31-də Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi ilə bağlı müvafiq Sərəncam imzalayıb. Bu Sərəncama uyğun olaraq ölkəmizin hər yerində dahi sənətkarın 75 illiyi silsilə tədbirlərlə qeyd olunacaq.

Çıxış edənlər Müslüm Maqomayevin hələ sovet dövründə təkcə Azərbaycanda deyil, respublikanın hüdudlarından kənarda təşkil edilən konsertlərinə insanların uzaq məsafələri qət edərək gəlməsindən söhbət açıb, müğənninin ifasının qəlbləri fəth etdiyini vurğulayıblar.

Diqqətə çatdırılıb ki, Bakıda dünyaya göz açan M.Maqomayev ilk dəfə 1962-ci ildə Helsinkidə gənclər festivalında diqqəti cəlb edib. O, “Buhenvald harayı” və “Ruslar müharibə istəyirlərmi?” mahnılarının ifasına görə festivalın laureatı olub. 1963-cü ildə öz konsertləri ilə sözün əsl mənasında Moskvanı fəth edib. Onun çıxışları böyük əks-səda yaradıb. Müslüm Maqomayev estrada mahnıları ilə opera ariyalarını eyni dərəcədə gözəl ifa edirdi. 1964-cü ildə Milanın “La-Skala” Teatrında staj keçmək üçün bir il müddətində İtaliyada olub.

Bildirilib ki, ki, Milandan sonra Müslüm Maqomayev “Toska” və “Sevilya bərbəri” operaları ilə Sovet İttifaqının ən iri şəhərlərində çıxış edib. 1966-cı və 1969-cu illərdə Parisin məşhur “Olimpiya” Teatrında Maqomayevin qastrolları böyük uğur qazanıb. M.Maqomayev 1969-cu ildə Sopot festivalında birinci mükafata layiq görülüb. 1973-cü ildə ona SSRİ Xalq Artisti adı verilib. M.Maqomayev 1975-1989-cu illərdə özünün yaratdığı Azərbaycan Dövlət Estrada Simfonik Orkestrinin bədii rəhbəri olub.

Müğənni sovet televiziyasında daim əsas hökumət konsertlərində və bayram proqramlarında iştirak edib. “Bremen musiqiçilərinin izi ilə” (1973-cü il) populyar cizgi filminin qəhrəmanı Trubadur məhəbbət serenadasını Müslüm Maqomayevin səsi ilə oxuyur.

Qeyd edilib ki, Müslüm Maqomayevin diskoqrafiyasına 45-dən çox qrammofon valı, habelə 15 kompakt-disk, o cümlədən “Sənə minnətdaram” (1995), “Opera və müzikllərdən ariyalar. Neapol mahnıları” (1996), “Sovet estradasının ulduzları. Müslüm Maqomayev.” (2001), “Məhəbbət mənim mahnımdır. Xəyallar ölkəsi” (2011) diskləri və s. daxildir.

Natiqlər vurğulayıb ki, M.Maqomayevin bənzərsiz yaradıcılığı insanların qəlbində silinməz izlər qoyub.