15:42
(077) 610-22-33

Aşıq Ədalətdən xəbər var - “Mənə dərman verib zəhərləyiblər” + Foto

  • >
4 203 22 Avqust 2017 16:55 | Mədəniyyət

Bir neçə ay əvvəl xərçəng xəstəliyinə tutulduğu bəlli olan Aşıq Ədalət bir aylıq kimya-terapiya kursunu başa çatdırıb.

Bu barədə Teleqraf.com-a aşığın yaxınlarından olan şairə Çiçək Mahmudqızı məlumat verib.

Həkimlər sentyabrın 10-na kimi Aşıq Ədalətə ancaq təmiz havada olmağı məsləhət görüblər:

“Dədə Ədalətin ağrıları artmışdı. Heç nə danışa bilmirdi. Bir müddət əvvəl onu ziyarət etdiyimiz zaman halı yaxşılaşmışdı, hətta bizimlə birgə çay süfrəsində də əyləşmişdi.

Amma son günlər yenidən yatağa düşdü. Yeməyi çətinliklə veririk. Kimya-terapiyadan sonra bir az da zəiflədi”.

Çiçək Mahmudqızı Aşıq Ədalətin boğazı ilə bağlı hər zaman problem yaşadığını bildirib:

“Həmişə deyirdi ki, səs tellərimə zərər vurublar. Mənə dərman verib zəhərləyiblər. Qırtlağında elə bir sıxıntı yaranmışdı ki, illərdi onu narahat edirdi”.

AzNews.az

Bağla X