Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Füzuli Hüseynovun doğum günüdür. Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Füzuli Hüseynovun doğum günüdür.

55 yaşlı Füzuli Hüseynov: “İndi onun qayğısını çəkməyə çalışıram”

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Füzuli Hüseynovun doğum günüdür.

55 yaşlı sənətkar AzNews.az-a açıqlamasında ad gününü Balakən rayonunda anası ilə birlikdə qeyd edəcəyini deyib:

“Balakəndəyəm. Doğulanda ananın yanında olmağın öz ləzzəti var. 55 il öncə o, mənim qayğımı çəkib, indi də mən onun qayğısını çəkməyə çalışıram.

Biz yol nədi, bilməzdik,

Biz öl nədi, bilməzdik,

Bilsək, dünyaya gəlməzdik,

Analar aldatdı bizi ...

Mən də bu gözəl günümü doğmalarla keçirəcəm”.

Füzuli Hüseynov doğum günü ilə bağlı kimdənsə hədiyyə gözləmədiyini bildirib: “Hər şeyim var. Heç vaxt kimdənsə nəsə gözləmirəm. Sürprizsiz adamam”.

Bahar RÜSTƏMLİ

AzNews.az