"Bakı Metropoliteni" QSC növbəti sosial layihə həyata keçirəcək. "Bakı Metropoliteni" QSC növbəti sosial layihə həyata keçirəcək.

Bakı metrosunda Üzeyir Hacıbəyova həsr olunmuş konsert təşkil olunacaq

"Bakı Metropoliteni" QSC növbəti sosial layihə həyata keçirəcək.

AzNews.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, sentyabrın 18-də Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun doğum günü ilə bağlı metro stansiyalarında musiqili proqram təşkil olunacaq:

"Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-i sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub. Proqramda milli və klassik musiqi nümunələri səsləndiriləcək".

Konsert proqramı həmin gün saat 12:00-dan 13:30-dək “İçərişəhər”, 13:00-dan 14:30-dək “28 May”, 14:00-dan 15:30-dək “Elmlər Akademiyası”, 15:00-dan 16:30-dək isə “Memar Əcəmi” stansiyalarında olacaq.