“Siyavuş Kərimi elə bilir ki, hamı onun kimi toxdur”. “Siyavuş Kərimi elə bilir ki, hamı onun kimi toxdur”.

Qarabağ qaziləri Siyavuş Kərimiyə qarşı birləşdi: “Xoruz ondan yaxşı banlayır...”

“Siyavuş Kərimi elə bilir ki, hamı onun kimi toxdur”.

Bunu AzNews.az-a açıqlamasında “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov muğam ifaçısı, əməkdar artist Cabir Abdullayevin Milli Konservatoriyadan işdən çıxarılmasına münasibətində deyib.

O, Siyaviş Kəriminin bu hərəkətini ədalətsiz addım hesab etdiyini deyir:

“Cabir Azərbaycan muğamına xidmət edən şəxsdir. Siyavuş Kərimi Azərbaycan xalqına hörmətlə yanaşan bir insanı işindən kənarlaşdırıb. Çox təəssüf edirəm. Əgər konservatoriyada ixtisar aparılırsa, bu axırıncı növbədə müharibə veteranına şamil olunmalıdır. Prezident ilk növbədə buyurub ki, Qarabağın ağrı-acısını yaşayan və içində gəzdirənlərin problemi həll olunmalıdır. Siyavuş Kərimi Cabir Abdullayevə qərəz nümayiş etdirib. Azərbaycan dövlətinin irəli sürdüyü siyasət nəticəsində quruculuq işləri gedir və yaşayış səviyyəsi normaldır. Azərbaycanda iqtisadi vəziyyətin çətin olduğundan xəbərim yoxdur. Siyavuş Kərimi Azərbaycanda iqtisadi vəziyyətin ağır olduğunu deyirsə, buna çox təəssüf edirəm. Görünür onun Azərbaycanda aparılan iqtisadi inkişafdan xəbəri yoxdur. O, sadəcə özünü haqsız olaraq, kimsəni işdən kənarlaşdırmasını iqtisadi durumla əlaqələndirir. Prezident dəfələrlə görüşlərində müharibə veteranlarına, şəhid ailələrinə, müharibə iştirakçılarına, Qarabağ müharibəsi əlillərinə qayğı göstərilməsini tapşırır. İndi belə çıxır ki, Siyaviş Kərimi prezidentin tapşırığına qarşı çıxır və ilk növbədə Qarabağ müharibəsi veteranını, qardaşı şəhid olmuş bir insanı işindən uzaqlaşdırır. Halbuki onun buna haqqı çatmır. Azərbaycanda müğənnilər var ki, xoruz ondan yaxşı banlayır, amma xalq artistidir. Cabir Azərbaycan muğamının inkişafı yolunda canını qoyub, bunun müqabilində isə heç xalq artisti adı da verilməyib”.

Etimad Əsədov Qarabağ qazilərinin sona kimi Cabir Abdullayevin yanında olduğunu vurğulayıb: “Biz Siyavuş Kərimi ilə görüşmək fikirindəyik. Yəni qoy, bu addımı nəyə görə atmasını əsaslandırsın. Azərbaycan muğamına dəyər verən şəxslərə müraciət edib narazılığımızı dilə gətirəcəyik. Kərimlinin bu addımı qəbuledilməzdir. Azərbaycanın birinci vitse-prezidenti və xanımı Mehriban Əliyevanın dünyada tanıtdırdığı muğama və musiqiyə Siyaviş Kərimi kölgə salır və ləkələyir”.

Qeyd edək ki, Azərbaycan Milli Konservatoriyasında ixtisara düşənlər arasında muğam ifaçısı Cabir Abdullayev də var. Siyavuş Kərimi onun ixtisara düşməsinin səbəbini Azərbaycanda iqtisadi vəziyyətin ağır olması ilə əlaqələndirib.

Bahar Rüstəmli

AzNews.az