Andrey Zvyagintsevin "Нелюбовь" filmi "Xarici dildə ən yaxşı ekran işi" nominasiyasında Oskara namizədliyi irəli sürülüb. Andrey Zvyagintsevin "Нелюбовь" filmi "Xarici dildə ən yaxşı ekran işi" nominasiyasında Oskara namizədliyi irəli sürülüb.

Rusiyadan bu film "Oskar" qazana bilər

Andrey Zvyagintsevin "Нелюбовь" filmi "Xarici dildə ən yaxşı ekran işi" nominasiyasında Oskara namizədliyi irəli sürülüb.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusianın Oskar komitəsi qərar verib.

Bu filmlə yanaşı eyni kateqoriyada Anjelina Colinin "First They Killed My Father" (Əvvəlcə onlar mənim atamı öldürdülər) filmi də heykəlcik uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, "Нелюбовь" filmində hadisələr boşanmaq üzrə olan evli cütlük ətrafında cərəyan edir. Onların bu çətin həyat şəraiti 12 yaşlı oğlanlarının psixoloji problemlərinə və evdən qaçmasına səbəb olur.

Filmin premyerası 70-ci Kann festivalında baş tutub. Festivalda film jürinin mükafatını qazanıb.