Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi əməkdar artist Cabir Abdullayevi vəzifəsinə qaytarıb. Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi əməkdar artist Cabir Abdullayevi vəzifəsinə qaytarıb.

Siyavuş Kərimi Cabir Abdullayevi işinə qaytardı - Medianın dəstəyi ilə

Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi əməkdar artist Cabir Abdullayevi vəzifəsinə qaytarıb.

Bu barədə AzNews.az-a açıqlamasında sənətkarın özü deyib. Cabir Abdullayev bildirib ki, təhsil müəssisəsində hər şey əvvəlki kimidir:

“Məndən başqa işdən çıxarılan bütün əməkdaşlar da vəzifəsinə qaytarıldı. Siyavuş Kərimli bildirib ki, “sadəcə anlaşılmazlıq idi, o da aradan götürülüb”.

Cabir Abdullayev sənətə və sənətkara qiymət qoyduğuna görə mediayaya təşəkkür etdi: “Media sənətkarı müdafiə edəndir. Mən bütün həmkarlarıma səslənirəm, media ilə birlikdə olun, onun gücünə inanın”.

Qeyd edək ki, bir müddət bundan əvvəl xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi əməkdar artist Cabir Abdullayevi vəzifəsindən uzaqlaşdırmışdı. Siyavuş Kərimi bunun səbəbini ölkədə vəziyyətin ağır olması ilə əlaqələndirmişdi.

Bahar RÜSTƏMLİ

AzNews.az