02:44
(077) 610-22-33

Xalq artisti Məleykədən üzr istədi - “Özümüz həll edərik”

  • >
11 125 3 Oktyabr 2017 14:48 | Mədəniyyət

Xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədovadan onun ünvanına səsləndirdiyi təhqirli ifadələrə görə üzr istəyib.

Bu barədə AzNews.az-a aktyorun özü məlumat verib. O, Məleykə Əsədova ilə aralarında anlaşılmazlıq olduğunu və onun da yoluna qoyulduğunu bildirib:

“Bu məsələnin böyüməsini istəmirəm. Teatrın və bizim adımız var. Nəyə lazım? Hər halda mən öz böyüklüyümü göstərdim. Ola bilər mən əsəbi olmuşam, nəsə demişəm, buna görə də üzr istəyirəm. Amma, bunu yazmaq, insanları hörmətsiz eləmək olmaz. Özümüz həll edəcəyik”.

Xatırladaq ki, Məleykə Əsədovanın “Ramiz, indi qeyrətə gəlmisən? mesajı qarşı tərəfi özündən çıxarıb. Xalq artisti “Fahişə elə fahişədir. Səni bütün Azərbaycan tanıyır. Tərbiyəsiz sənsən, 6 yaşın olanda atan ananı fahişəliyinə görə atıb getdi”.

Ramiz Məlik sosial şəbəkədə Məleykə Əsədova ilə bağlı yazılan xəbərin altında onun geyimlərinə görə irad tutub: “Məleykə, belə şəkillərlə özünü biabır etmə. İlk növbədə özünü yox, sənə verilən o fəxri adı və teatr kollektivini düşün”

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X