00:17
(077) 610-22-33

Uşaq Teatrı həbsxanaya gedir

  • >
4 991 4 Oktyabr 2017 10:28 | Mədəniyyət

Bakı Uşaq Teatrı cəzaçəkmə müəssisələrində çıxış edəcək.

Teatrdan AzNews.az-a verilən məlumata görə, teatr 15 cəzaçəkmə müəssisələrində “Qeyri-adi məhkəmə" tamaşası ilə çıxış edəcək. Tamaşa interaktiv üslubda - seminar tamaşa janrında hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru, teatrın bədii rəhbəri və direktoru İntiqam Soltan, ssenari müəllifi Arzu Soltandır. Tamaşada İntiqam Soltan, İlhamə Əhmədova, Əli Qulu Səmədov, Niyaz Qasımov, Cavanşir Məhərrəmov, Türkan Şahmarlı, Rəfael Muradxanlı, Şahin Kazımov, Günay Pirizadə və başqaları iştirak edir.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X