08:00
(077) 610-22-33

Fuad Poladovun xəstəliyi məşqlərin dayanmasına səbəb olub

  • >
598 21 Fevral 2013 15:48 | Mədəniyyət

Əli Əmirlinin "Ağa Məhəmməd Sah Qacar" əsərinin məşqləri dayandırılıb. Buna səbəb xalq artisti Fuad Poladovun qəfildən xəstəxanaya düşməsi oldu.

Dramaturq Əli Əmirli AzNews.az-a açıqlamasında F.Poladovun sağlığının hər şeydən önəmli olduğunu dedi: "Lazım gəlsə, Fuad Poladovun xatirinə bir il də gözləyərik. Təki Fuad Poladov sağalıb evinə qayıtsın. Əsas məsələ pyes, tamaşa deyil, insanın can sağlığıdır. Belə bir aktyorun sağlığı bizə pyesdən, tamaşadan, hətta mən deyərdim ki, teatrdan da əvvəl lazımdır. Allah ona can sağlığı versin".

Qeyd edək ki, Fuad Poladovun baş rola dəvət aldığı "Ağa Məhəmməd Şah Qacar" Akademik Milli Dram Teatrında səhnəyə qoyulur. Tamaşanın quruluşçu rejissoru Azərpaşa Nemətovdur.

Bahar Rüstəmli
AzNews.az

Bağla X