Müğənni sabah Xocalı qaçqınları, şəhid ailələri ilə görüşəcək Müğənni sabah Xocalı qaçqınları, şəhid ailələri ilə görüşəcək

Azəri qızı Günel xocalılara yardım edəcək

Müğənni sabah Xocalı qaçqınları, şəhid ailələri ilə görüşəcək



Azəri qızı Günel Xocalı qaçqınları, şəhid ailələri və imkansız ailələri ilə görüşəcək. Bunu AzNews.az-a açıqlamasında müğənni Günel özü bildirib.

Onun sözlərinə görə, Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar baş tutacaq bu görüş onun öz təşəbbüsü olub:

"Mən Xocalı Rayon İcra Hakimiyyəti və Xocalı Veteranlar Şurasına müraciət etdim. Xahiş etdim ki, mənə belə bir görüşün təşkilində yardımçı olsunlar. Sağ olsun, hər iki qurum bu görüşü təşkil etdi. Sabah Bakıda 200 nəfərlik bir məkanda mənim Xocalı qaçqınları, şəhid ailələri ilə görüşüm olacaq. Görüşdə bir məqsədim var-həmvətənlərimə yardım etmək. İmkansızlara, şəhid ailələrinə bəzi yardımlarım olacaq".

Müğənni dedi ki, bu onun Azərbaycanda xocalılarla ilk görüşüdür.

Qeyd edək ki, Günel bu səfəri zamanı silsilə görüşlər keçirəcək. Bu görüşlərin informasiya dəstəyi AzNews.az olacaq.
Bahar Rüstəmova
AzNews.az