Bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbərin səhhəti normallaşır. Bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbərin səhhəti normallaşır.

Tahir Əkbərin səhhəti ilə bağlı açıqlama: "Süni nəfəs aparatından ayrıldı"

Bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbərin səhhəti normallaşır.

Bu barədə AzNews.az-a bəstəkarın ailə üzvləri məlumat verib. Yaxınlarının sözlərinə görə, hazırda Tahir Əkbər süni nəfəs aparatından ayrılıb

“Ümid çoxdur, artıq özü nəfəs alır. Amma buna baxmayaraq, Tahir müəllim hələ reanimasiyadadır. Həkimlər əllərindən gələni edirlər”.

Qeyd edək ki, bəstəkar Tahir Əkbər noyabrın 2-də insult keçirib. Vəziyyəti ağır olan bəstəkar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Bahar Rüstəmli

AzNews.az