Musiqili Komediya Teatrı yeni layihəyə imza atıb. Teatrda bu dəfə “Kubinka”dan danışılacaq Musiqili Komediya Teatrı yeni layihəyə imza atıb. Teatrda bu dəfə “Kubinka”dan danışılacaq

Bu dəfə “Kubinka”dan danışılacaq

Musiqili Komediya Teatrı yeni layihəyə imza atıb. Teatrda bu dəfə “Kubinka”dan danışılacaq




Teatrın direktoru Əliqismət Lalayevin verdiyi məlumata görə, tamaşada əsasən müsabiqə yolu işə götürülən gənclər rol alıb. Bəstəkar Firudin Alahverdinin musiqisi əsasında hazırlanan tamaşaya rejissor Elvin Mirzəyev quruluş verir. Tamaşanın bədii tərtibatı Nabat Səmədovaya məxsusdur. "Kubinka"ın əsas ideyası cəmiyyətdə təmiz və köməksiz insanların iç dünyası, köhnə Bakı haqqında nostalji hisslər və əzəmətli yeni Bakı haqqında düşüncələrdir.
Əsas rollarında gənc aktyorlar Ülviyyə Hüseynovanın, Leyla Məmmədovanın, Fidan Babayevanın, Nigar İbadlının, Kamil Osmanlının, Rüstəm Rüstəmovun, Şəhriyar Hüseynzadənin, Şamil Əliyevin, Elvin Əliyevin, Ruslan Mürsəlovun, Şaban Cəfərov oynayacaq. Tamaşa aprel ayında təqdim olunacaq.

Bahar Rüstəmli
AzNews.az