Xalq artisti Rasim Balayevin səhhətində problemlər yaranıb. Xalq artisti Rasim Balayevin səhhətində problemlər yaranıb.

Rasim Balayev səhhətindən danışdı: “Yalvarmalıyam...”

Xalq artisti Rasim Balayevin səhhətində problemlər yaranıb.

Bu barədə AzNews.az-a onun özü məlumat verib. Rasim Balayevin sözlərinə görə, bu günlərdə Bakıdakı klinikaların birində müayinə olunub:

“Hazırda müalicə olunuram. Aldığım təqaüdü ancaq dərmanlara verirəm”.

Aktyor heç bir yerdən filmə dəvət almadığını da vurğulayıb: “Yaradıcılıq donub, bütün günü evdəyəm. Heç bir təklif yoxdur. Neyniyim, film çəkən yoxdur. Gedib kimə yalvarmalıyam ki, mənə rol verin, kinoya çəkin? Həyatdır da, heç kim bilmir ki, sonu necə olacaq”.

Bahar RÜSTƏMLİ
AzNews.az