ABŞ-ın Azərbaycandakı səfir Robert Sekuta Salyan rayonunun Mərkəzi Kitabxanasında yerləşən Amerika Güşəsinə baş çəkib. ABŞ-ın Azərbaycandakı səfir Robert Sekuta Salyan rayonunun Mərkəzi Kitabxanasında yerləşən Amerika Güşəsinə baş çəkib.

Robert Sekuta Salyandakı tarixi Cümə məscidində olub - Foto

ABŞ-ın Azərbaycandakı səfir Robert Sekuta Salyan rayonunun Mərkəzi Kitabxanasında yerləşən Amerika Güşəsinə baş çəkib.

AzNews.az səfirliyə istinadən xəbər verir ki, orada səfir ingilis dili və təhsil proqramlarında iştirak edən və ABŞ-da təhsil ilə maraqlanan şagirdlərlə görüşüb.

Amerika Güşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən və ən böyük olan Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika güşələri də daxildir. Bu mərkəz və güşələr ingilis dilini təkminləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyaları layihələrində iştirak etmək imkanlarını yaradır. Güşələr, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma numayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlərini də təqdim edir.

Səfir və onun həyat yoldaşı Salyan rayonunun İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovla görüşüb, onunla rayonun iqtisadi və kənd təsərrüfatının inkişafını müzakirə ediblər. Qonaqlar, həmçinin, tarixi Cümə məscidinə baş çəkiblər.

image description image description image description image description