“Əli İldırımoğlu - uzun illər Azərbaycan torpağında özünə sığınacaq taparaq yaşayan qonşuların riyakarlığına, nankorluğuna, xəyanətinə dözə bilmir, onları ifşa edərək – öz silahı ilə sarsıdıcı zərbələr endirir”. “Əli İldırımoğlu - uzun illər Azərbaycan torpağında özünə sığınacaq taparaq yaşayan qonşuların riyakarlığına, nankorluğuna, xəyanətinə dözə bilmir, onları ifşa edərək – öz silahı ilə sarsıdıcı zərbələr endirir”.

“O, müstəqillik dövrümüzün ən məhsuldar yazıçısıdır” - Novruz Məmmədov

“Əli İldırımoğlu - uzun illər Azərbaycan torpağında özünə sığınacaq taparaq yaşayan qonşuların riyakarlığına, nankorluğuna, xəyanətinə dözə bilmir, onları ifşa edərək – öz silahı ilə sarsıdıcı zərbələr endirir”.

AzNews.az xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov yazıçı Əli İldırımoğlunun əsərlərini təhlil edərkən deyib. O, müstəqillik dövrünün ən məhsuldar yazıçısı hesab etdiyi Əli İldırımoğlunun əsərləri ilə dərindən və hərtərəfli tanış ola bilmədiyini etiraf edib:

“Amma əminliklə deyə bilərəm ki, ustad Əli İldırımoğlu çox zəngin və mənalı həyat yolu boyu qeyri-adi talant və iradə nümayiş etdirərək xalqımızın həyatını mühüm bir mərhələsini, xalqımıza məxsus mənəvi dəyərləri sevgi-məhəbbətlə, xüsusi qayğı ilə oxucularına çatdırır. Bu əsərlərlə tanış olandan sonra onlar məni uşaqlığımda sevə-sevə oxuduğum, sonra isə həsrətini çəkdiyim nağıllar kimi öz sehri ilə ram edir və ayrılmağa qoymur.

Düşünürəm ki, insanın xalqına, torpağına bağlılığının bundan böyük sübutu və nümayişi ola bilməz. Elə buna görə də Əli İldırımoğlu yaşadığı dövrün isti, doğma nəfəsini xatirələrində elə məharətlə təqdim edir ki, o illər kino lenti kimi göz qabağında canlanır və sanki səni interaktiv iştirakçıya çevirir”.

Novruz Məmmədov qeyd edib ki, Əli İldırımoğlunun əsərlərini oxuduqca bir daha əmin olursan – millətin, xalqın rahat firavan yaşaması üçün onun keçmişindən güc alaraq, bu gününə arxalanaraq gələcəyini təmin etmək ən mühüm vəzifədir.

Bahar RÜSTƏMLİ
AzNews.az