“Zeynəb Xanlarova həmişə sözünü deyən adam olub”. “Zeynəb Xanlarova həmişə sözünü deyən adam olub”.

“Zeynəb xanım kişi adamdır” - Rasim Balayev

“Zeynəb Xanlarova həmişə sözünü deyən adam olub”.

Bunu AzNews.az-a açqılamasında xalq artisti Rasim Balayev deputat Zeynəb Xanlarovanın onun səhhəti ilə bağlı Milli Məclisin plenar içlasındakı çıxışına münasibətində deyib. Sənətkar deputata ailəsi adından təşəkkür edib:

“Sağ olsun, Zeynəb xanım kişi adamdır. Mən ondan bu çıxışı gözləyirdim. Zeynəb Xanlarova Azərbaycanı bütün dünyada tanıdıb. O, Azərbaycan mədəniyyətinin fəxridir. Zeynəb xanım sənətkarı da tanıyır, kimin nə işlə məşğul olduğunu da bilir. O, sözünü həmişə deyən adamdır, heç kəsdən çəkinmir. Heç olmasa, yeri düşəndə Milli Məclisdə biz sənətkarları müdafiə edir. Yəqin maraqlanıb, eşidib ki, xəstəyəm, imkanım yoxdur, çox adamın yadına düşmürəm. Fikiləşir ki, sənətkar adamdır, pensiyasını dərmana verirsə, o, nə ilə dolanacaq”?

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, xalq artisti Zeynəb Xanlarova xalq artisti Rasim Balayevin səhhətini müzakirəyə çıxarıb. O, buna görə Səhiyyə Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib.

Bahar RÜSTƏMLİ
AzNews.az