Xalq artisti Rasim Balayevin müalicə üçün Türkiyəyə səfəri təxirə salınıb. Xalq artisti Rasim Balayevin müalicə üçün Türkiyəyə səfəri təxirə salınıb.

Rasim Balayev Türkiyəyə aparılmayacaq

Xalq artisti Rasim Balayevin müalicə üçün Türkiyəyə səfəri təxirə salınıb.

AzNews.az xəbər verir ki, bu barədə "Report"a xalq artisti özü məlumat verib.

O, Türkiyədə müalicəsi ilə məşğul olacaq həkimin Azərbaycana gələcəyini bildirib: "Bilirsiniz ki, klinikalar xaricdən tez-tez həkimlər gətirirlər. Həmin həkim ayda bir-iki dəfə Bakıya gəlir. Bu həkimin mənə görə, yaxud da təsadüfən gəlməsindən xəbərim yoxdur. Onun məni hansı xəstəxanada müalicə edəcəyini də hələ ki, bilmirəm".

Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var. Xalq artisinin müalicə xərclərini Azərbaycan dövləti ödəyəcək.