08:07
(077) 610-22-33

Jerar Depardye Azərbaycanda film çəkəcək

  • >
429 26 Fevral 2013 10:11 | Mədəniyyət

Əfsanəvi fransalı kinoaktyor Jerar Depardye Azərbaycanda idmanla bağlı film çəkəcək. Apasport.az saytının məlumatına görə, bunu onun həmyerlisi kinoprodüser Arno Frille açıqlayıb.

O, Rusiya mətbuatına verdiyi müsahibədə postsovet məkanı ölkələri ilə bağlı planlarını açıqlayıb: "Yazda Qazaxıstana "Çöllərin səsi" filmini çəkəcəyik. Bundan sonra Çindən Özbəkistana keçərək Türkiyəyə qədər olan Böyük İpək Yolu ilə bağlı 12 filmdən ibarət teleserialı ekranlaşdıracağıq. Jerar bu serialda Bizans imperatoru rolunu ifa edəcək. Gələn yay Azərbaycanda idmana həsr olunan böyük filmin hissəsini çəkəcəyik".

Qeyd edək ki, Depardye bu yaxınlarda Fransa vətəndaşlığından imtina edərək Rusiya pasportuna yiyələnib.

AzNews.az
Bağla X