11:05
(077) 610-22-33

Türkiyənin tanınmışları “Xoca”nı izlədi

  • >
390 27 Fevral 2013 14:17 | Mədəniyyət

Xocalı həqiqətlərini əks etdirən “Xoca” bədii filmi İstanbul kinoteatrlarında nümayiş olunub





Film ötən gün İstanbulun "Konyon" Ticarət Mərkəzinin film salonunda nümayiş olunub. Türkiyənin aparıcı telekanalları, internet portalları və saytlarında Xocalı faciəsindən bəhs edən film haqqında geniş məlumatlar verilib.

Təqdimatda Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, azərbaycanlı iş adamı Mübariz Mənsimov, müğənni Mahsun Qırmızıgül, aktyor İlkən İnanoğlu və digər tanınmışlar qatılıb.

Rejissoru Vahid Mustafayev bildirib ki, filmdə müharibənin dəhşətlərini və döyüş zamanı itirilən dostluq, qardaşlıq duyğularını göstərmək istəyib: "Bu, bir sevgi filmidir. Dünyada olan müharibələrin sevgiləri və digər gözəl dəyərləri necə məhv etməsindən bəhs edən filmdir. Hadisələr gerçək hadisələr əsasında çəkildiyi üçün biz filmi tarixə yaxın çəkməli olduq. Bilirsiniz ki, Xocalı soyqırımı 1992-ci ilin soyuq fevral ayında baş verib. Ona görə də biz də filmi həmin şərtlərlə çəkməli idik. Çəkiliş zamanı hətta soyuqdan donanlar da oldu. Hesab edirəm ki, bu, Türk dünyasına olan bir mesajdır. Türklərin düşmənləri yoxdur. Amma Türklərə bir çoxları düşməndir".

"Xoca" filmi martın 1-dən etibarən Türkiyənin bütün kinoteatrlarında nümayiş olunacaq.

Qeyd edək ki, Xocalı faciəsinin ildönümü ərəfəsində "Xoca" filmi Bişkek, Rotterdam, London, Haaqa, Oslo, Berlində də nümayiş etdirilib.

"Xoca" Xocalıda baş verən soyqırım və sevgidən bəhs edir. Film Əliəkbər və Günelin timsalında iki gəncin sevgisinin keçdiyi ağır imtahanı, müharibənin ən bəşəri hisslərə vurduğu dağıdıcı zərbəni, Bakıda toy və satqınlıq, Xocalıda soyqırım və şücaətin kəskin kontrastını özündə əks etdirir. Qətliamla bağlı gerçəkliklərin bəhs edildiyi və Azərbaycanın film sektoru üçün əhəmiyyətli yerə sahib olan ekran əsərində acı gerçəkliklər bütün çılpaqlığı ilə göz önünə sərilib.


AzNews.az
Bağla X