Dekabrın 16-da Monteneqrodakı diplomatik korpusun iştirakı ilə “Milad xeyriyyə bazar”ı keçirilib. Dekabrın 16-da Monteneqrodakı diplomatik korpusun iştirakı ilə “Milad xeyriyyə bazar”ı keçirilib.

Azərbaycan stendi Monteneqroda “Milad xeyriyyə bazar”ında

Dekabrın 16-da Monteneqrodakı diplomatik korpusun iştirakı ilə “Milad xeyriyyə bazar”ı keçirilib.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, xeyriyyə yarmarkasının keçirilməsində məqsəd monteneqroluları xarici dövlətlərin tarixi, mədəniyyəti və mətbəxi ilə yaxından tanış etmək, həmçinin iştirakçılar tərəfindən satışa çıxarılan milli suvenirlərdən əldə olunan vəsaiti Monteneqronun autizm mərkəzinə, uşaq evləri və xəstəxanalarına köçürməkdir.

Tədbirdə ölkəmizin Monteneqrodakı diplomatik nümayəndəliyi Azərbaycan-Monteneqro mədəni və iqtisadi əlaqələr mərkəzi ilə birgə iştirak edib

Azərbaycan üçün ayrılmış stenddə Hüseynbala Mirələmovun və Viktor Andriyanovun müəllifləri olduğu “Görkəmli insanların həyatı” silsiləsindən “Heydər Əliyev” kitabı, “Bakı” jurnalı, Azərbaycan uşaq şeirlərindən nümunələrin Monteneqro dilinə tərcümə edilmiş “İzvor Radosti” ( “Sevinc Qaynağı”) kitabı, milli mətbəximizin və incəsənətimizin nümunələri, İrəvan və Qarabağ xalçalarına aid kitablar nümayiş etdirilib. Milli suvenirlərimiz, mətbəximizin dadlı təamları, xüsusən paxlava və şəkərbura iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirdə Azərbaycan stendinə yaxınlaşan Monteneqro rəsmilərinə burada nümayiş olunan məhsullar haqqında məlumat verilib.

Xeyriyyə bazarında Azərbaycanın təqdimatı Monteneqro KİV-lərində geniş işıqlandırılıb.